Şimali Kipr nümayəndəsi Türk dünyasını Zəngəzur dəhlizi ilə bağlı həmrəyliyə çağırıb

Şimali Kipr nümayəndəsi Türk dünyasını Zəngəzur dəhlizi ilə bağlı həmrəyliyə çağırıb
Siyasət 10

Şimali Kipr Türk Respublikasının Daxili işlər Nazirliyinin (DİN) Aparat rəhbəri Mehmet Ercliosun bütün Türk dünyasını Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə həmrəy olmağa çağırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Şimali Kipr nümayəndəsi bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türk dünyasının ortaq gələcəyini formalaşdıracaq:

"Bu, sadəcə bir nəqliyyat xətti deyil. Bu, Türk dünyasını gücləndirən, iqtisadi inteqrasiyanı inkişaf etdirən və ortaq hədəflərimizə dair vizyonumuzu birləşdirən bir layihədir. Bu dəhliz Azərbaycanla Türkiyəni, oradan da bütün Türk dünyasını Şərqlə Qərb arasında körpü rolunu oynayan Şimali Qafqaza birləşdirən böyük bir birləşmə hərəkatının rəmzidir. Bu gün mən bütün Türk dünyasını bu məsələyə dair fikirlərini bizimlə bölüşməyə dəvət etmək istəyirəm. Bu məsələdə birlik və həmrəy olmaq önəmlidir".

Son xəbərlər