Şoyqu: "İyunun 4-dən bəri 26 mindən çox Ukrayna əsgəri həlak olub"

Şoyqu: İyunun 4-dən bəri 26 mindən çox Ukrayna əsgəri həlak olub
Siyasət 28

Ukrayna ordusu hücuma başladığı 4 iyundan bəri 26 min itki verib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Məlumata görə, S.Şoyqu Rusiyaya bağlı Tatarıstan Respublikasında müdafiə sənayesi müəssisələrində yoxlamalar aparıb.

Modernləşdirilmiş Mi-24 tipli hərbi helikopterlərlə yanaşı zirehli döyüş maşınlarını da yoxlayan Şoyqu Ukraynadakı vəziyyətlə bağlı açıqlamalar verib. Ukraynanın ötən ay əks-hücumlara başladığını, lakin bu hücumların dəf edildiyini bildirən Şoyqu, hücumun başladığı 4 iyundan bu yana Ukraynanın 26 min əsgər itirdiyini bildirib.

Ukraynanın həmçinin 3000-dən çox hərbi texnika itirdiyini açıqlayan Şoyqu, "Ukraynaya aid 21 təyyarə, 5 helikopter, 1 244 tank və zirehli texnika məhv edilib", - deyə qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, Ukraynaya məxsus 914 xüsusi hərbi maşın, 2 hava hücumundan müdafiə sistemi, 25 reaktiv yaylım atəşi sistemi, 176 HIMARS raketi, 27 "Storm Shadow" raketi və 483 pilotsuz uçuş aparatı məhv edilib.

Son xəbərlər