Şolts: "Ukraynanın bərpası üçün "Marşal planı"na ehtiyac var"
"Ukraynanın bərpası üçün "Marşal planı"na ehtiyac var".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışında bildirib.
Kansler Ukraynanın bərpası üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu qeyd edib.
Şolts vurğulayıb ki, lazım olan yardımın həcmini və onun təmin edilməsinin prioritetini qiymətləndirmək üçün beynəlxalq ekspertlər təşkilatı yaradılmalıdır.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynanın bərpasına maliyyə yardımı etməyə başladığını söyləyib.
Makron, həmçinin əlavə edib ki, hərbi cinayətlərin araşdırılması çərçivəsində fransalı ekspertlər, jandarmlar və hüquqşünaslar Ukrayna hakimiyyətinə yardım göstərir.
Oxşar xəbərlər
Şolts: “Rusiya ilə hansı sülh şərtlərini qəbul edəcəyinə Ukrayna özü qərar verməlidir”
“Rusiya ilə hansı sülh şərtlərini qəbul edəcəyinə Ukrayna özü qərar verməlidir. Qərbin gələcək sanksiya rejimi məhz belə razılaşmalardan asılı olacaq”. BAKU.WS...