Almaniya kansleri Putin və Zelenski ilə təmasları davam etdirəcəyini bildirdi

Almaniya kansleri Putin və Zelenski ilə təmasları davam etdirəcəyini bildirdi
Siyasət 60

Almaniya kansleri Olaf Şolts həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə təmasları davam etdirəcəyini bildirib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə kansler Berlində Serbiya lideri Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında bildirib.

“Ukrayna prezidenti ilə danışıqların aparılması vacibdir. Mən Kiyevdə idim və onunla ətraflı müzakirələr aparmışam. Rusiya prezidenti ilə isə müharibə başlamazdan əvvəl Moskvada olmuşam və orada da danışıqlar aparmışam.

Təbii ki, mən onları davam etdirəcəm. Ancaq vəziyyət olduğu kimidir və baş verənlərlə bağlı heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur” - deyə o qeyd edib.

Oxşar xəbərlər

Son xəbərlər