Şahzadə Keyt Midlton komaya düşüb? - Saraydan açıqlama - FOTO
Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Midltonun yoxa çıxdığı bildirilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl əməliyyat olunan Keytin ya komada olduğu, ya da Uilyamdan boşandığı iddia edilib.
Yayılan xəbərlərdən sonra saraydan açıqlama gəlib. 42 yaşlı şahzadənin səhhətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi qeyd olunub:
"Şahzadə Keyt Midlton haqqında yayılan məlumatlar əsassızdır. O qarın hissəsindən əməliyayt olunduğu üçün sağalma prosesi uzun çəkdi. Səhhəti yaxşıdır və müalicələri davam edir".
Xatırladaq ki, Keyt yanvarda əməliyyat olunub. O 13 gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdı.
Şahzadənin hansı əməliyaytı keçirdiyi və xəstəliyinin nə olduğu hələ də binmir. Onun hazırda Windsor qəsrindəki "Adelaide Cottage"də qaldığı bildirilib.
Oxşar xəbərlər
İspaniyanın gələcək kraliçası şahzadə Leonor hərbi xidmətə başladı - FOTO
İspan taxtının gələcək kraliçası və silahlı qüvvələrinin baş komandanı olacağı gözlənilən İspaniya şahzadəsi Leonor cümə axşamı günü üç illik hərbi xidmətə başl...