Səudiyyə 3,2 milyardlıq HHM sistemi alır: Kimə qarşı istifadə olunacaq?

Səudiyyə 3,2 milyardlıq HHM sistemi alır: Kimə qarşı istifadə olunacaq?
Siyasət 1

Cənubi Koreya noyabr ayında imzalanan 3,2 milyard dollarlıq müqavilə çərçivəsində Səudiyyə Ərəbistanına hava hücumundan müdafiə sistemləri (HHM) satacaq.

BAKU.WS-in xarici mətbuata istinadən xəbərinə görə, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumdünya Müdafiə Sərgisinə ev sahibliyi edən Səudiyyə Ərəbistanı da müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün Cənubi Koreya ilə anlaşma memorandumu imzalayıb.

İki ölkə arasındakı razılaşmaya əsasən, Cənubi Koreya Səudiyyə Ərəbistanına 10 "KM-SAM Block II" orta mənzilli raket kompleksləri satacaq.

Qeyd olunur ki, Cənubi Koreya daha əvvəl eyni sistemi Birləşmiş Ərəb Əmirliklərinə satıb.

Bu silah həm təyyarələri, həm də raketlərin qarşısını almaq qabiliyyətinə malikdir.

Səudiyyə Ərəbistanı bu silahı Yəməndə husi üsyançıları tərəfindən atılan ballistik raketlərin qarşısını almaq üçün istifadə etməyi planlaşdırır.

İki ölkə arasında daha əvvəl də müdafiə sənayesi ilə bağlı alış-verişlər olub.

2017-ci ildə Səudiyyə Ərəbistanı Koreya istehsalı olan "Raybolt" daşınabilən tank əleyhinə raketləri alıb.

Son xəbərlər