Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
20
noy
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər.
"Dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirəcək və etimadın qurulması üçün mexanizmlər yaradacaq", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BƏƏ-nin Füceyrə əmirliyində14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. BAKU.WS xəbər ver...