Rusiyanın ən varlı qadınları - SİYAHI

24
okt
2019
11:48
Rusiyanın "İnteco Management" şirkətinin prezidenti Yelena Baturina ən varlı qadınların siyahısına yenidən başçılıq edir. BAKU.WS xəbər verir ki, bu barədə "Forbes" jurnalı siyahı hazırlayıb. Yelena Baturinanın sərvəti 1,2 mlrd. dollar təşkil edir. İkinci yerdə "Wildberries" geyim internet-mağazasının baş direktoru Tatyana Bakalçuk (1 milyard dollar), üçüncü yerdə isə Tatyana Kovalçuk ($ 600 milyon) göstərilib. Sonuncu həyat yoldaşı Yuri Kovalçukla birgə "Bolşoy dom 9" şirkətinin səhmlərinin 49,9%-nə malikdir. İlk beşliyə həmçinin "Monako" futbol klubunun sahibi Dmitriy Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena Rıbolovleva və "Lebedyanski" zavodunun keçmiş səhmdarı Olqa Belyavtseva düşüb.
Oxşar xəbərlər
Rusiyada ən varlı varis azərbaycanlıdır - "Forbes”in REYTİNQ CƏDVƏLİ
"Lukoyl” kompaniyasının prezidenti Vahid Ələkbərovun oğlu Yusif ardıcıl olaraq dördüncü dəfə "Forbes” jurnalının Rusiyada ən varlı varislərin reytinqinə başçılı...
