Rusiyanın daha bir şəhərində neft bazası yanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadan 100 km məsafədə yerləşən Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlik yanğının səbəblərini açıqlamayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Daha öncə sosial şəbəkələrdə şəhər sakinləri bir neçə partlayış səsinin eşidildiyini, ardınca yanğının başladığını bildiriblər.
Xatırladaq ki, aprelin əvvəlində Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərində neft anbarı yanıb. Ölkə rəhbərliyi partlayış və yanğının Ukrayna qırıcılarının endirdiyi zərbələr nəticəsində baş verdiyini açıqlayıb. Ukrayna tərəfi neft bazasına aviazərbənin endirilməsi faktını nə təsdiq, nə də təkzib edib.
Oxşar xəbərlər
Rusiya aviasiyasının bir hissəsini Belarusdan köçürüb - FOTO
Rusiya aviasiyasının bir hissəsini Belarusdan Bryansk vilayətinin aerodromuna köçürüb. BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə...