Azərbaycanlı kişinin rus qadınla evlənməsinə icazə verilmədi

Azərbaycanlı kişinin rus qadınla evlənməsinə icazə verilmədi
Siyasət 741
Rusiyanın Bryansk vilayətində yaşayan Azərbaycan vətəndaşının 42 yaşlı sakinlə bağladığı nikah ləğv olunub.Bu barədə “Novosti Bryanska” nəşri Bryansk prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.Prokurorluğun bildirdiyinə görə, azərbaycanlı özündən yaşlı olan qadınla sevgi əsasında deyil, müvəqqəti yaşayış icazəsi almaq məqsədilə evlənib.Nəzarət qurumu onlardan heç birinin və ya birinin ailə qurmaq istəmədiyini müəyyən edib. Bu isə Rusiya Federasiyasının Ailə Məcəlləsinə ziddir.Prokurorluq VVAQ (Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı - red.) idarəsinin apardığı nikah qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti təmin edərək, nikahı ləğv edib. Onun yaxın zamanda Azərbaycana deportasiya ediləcəyi gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Rəsmi nikah olmadan kəbin kəsən mollalara PİS XƏBƏR

Rəsmi nikah olmadan kəbin kəsən mollalara PİS XƏBƏR

İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var.BAKU.WS trend-ı istinadən xəbər ve...

1148 Sosial 17:25 15 fevral 2019

Son xəbərlər