Azərbaycanda nikah müqaviləsi məcburi olacaq

Azərbaycanda nikah müqaviləsi məcburi olacaq
Sosial 1675
Nikah müqaviləsinin bağlanması məcburi qaydada olmalıdır.BAKU.WS APA-ya istinadbən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməlidir: "Nikah müqaviləsinin məcburiləşdirilməsi vacibdir. Bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar”.Deputat deyib ki, Azərbaycanda boşanmaların sayı çoxalıb, bunun səbəbi məsuliyyətin olmamasıdır: “Nikah müqaviləsinin bağlanmasında könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.Qeyd edək ki, nikah müqaviləsinin məcburiliyi əks cinslərin birgə vətəndaş nikahı ilə yaşamasını qadağan edir.BAKU.WS

Oxşar xəbərlər

Ötən il Azərbaycanda 57 mindən çox toy olub

Ötən il Azərbaycanda 57 mindən çox toy olub

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qeydə alınmış boşanma...

849 Sosial 16:15 17 yanvar 2018

Son xəbərlər