Azərbaycanda 1 ayda 1100 ailə dağılıb
Azərbaycanda bu ilin yanvar ayında 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən İstiPress-ə verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb. Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.
Bundan başqa, bu ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlanıb
2017-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6 100 nəfər və ya 0,1% faiz artıb. Dövlət Statistika Ko...