Azərbaycanda evlənmək asanlaşdı
01
fev
2019
17:52
Ölkədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.Təklif edilən yeni dəyişikliyə əsasən, bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.Dəyişikliklərin edilməsində məqsəd “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasını təmin etməkdir.Ailə Məcəlləsinə yeni dəyişikliklər səsə qoyularaq qəbul edilib.BAKU.WS
Oxşar xəbərlər
İlkin hərbi qeydiyyata alınan vətəndaşların sənədləri onlayn qəbul ediləcək
Yanvarın 17-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.MM sədrinin birinci müavi...