Azərbycanda yeni cərimələr - 7 min manat və ya 2 il həbs
Azərbaycanda qanunsuz ağac kəsməyə görə cərimələr sərtləşdirilir.
BAKU.WS-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər məbləğdə cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırki qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Təklif edilən dəyişikliklər Milli Məclisdə səsə qoyularaq qəbul edilib.
Ilyas Quliyev
Oxşar xəbərlər
Kredit borcu olanlara bəd XƏBƏR: Cəzalar sərtləşdirilir
Azərbaycanda saxta müflisləşməyə görə cərimələr artırılır. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif...