Ümumrusiya Azərbaycan Konqresi ləğv edildi

Ümumrusiya Azərbaycan Konqresi ləğv edildi
Siyasət 1380
 

Bu gün Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib.

BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.

ÜAK-ın prezidenti Fazil Qurbanov APA-ya açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyindən   verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi "İctimai təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib. 

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. 

BAKU.WS

Son xəbərlər