Ədliyyə Nazirliyindən 10 yaşlı Nurayla bağlı açıqlama
Ədliyyə Nazirliyi Quba rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlamalara başlayıb.
Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda məsələ ilə bağlı yoxlamalar davam etdirilir:
"Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.
BAKU.WS
Oxşar xəbərlər
Məhkəmə Nurayı xalasına qaytara bilərmi? - Quba məhkəməsinin sədri danışdı
Quba məhkəməsinin sədri Füzuli Pənahov 10 yaşlı Nurayın icraçılar tərəfindən işgəncələrə məruz qalmasına münasibət bildirib. İstiPress-in Şimal bürosu xəbər v...