Rusiyanın baş naziri Əli Əsədovu təbrik etdi
30
noy
2023
19:48
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş Naziri Əli Əsədov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini də müzakirə ediblər", - məlumatda deyilir.
Söhbət zamanı MDB məkanında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Qeyd edək ki, Əli Əsədovun 67 yaşı tamam olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB 3
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prez...