“Rusiyalı oliqarxlar yaxta və təyyarələrini gizlədirlər”
“ABŞ prokurorluğu rusiyalı oliqarxların Rusiyanın Ukraynaya qarşı hücumundan sonra tətbiq edilən sanksiyalardan yayınmağa çalışdığına dair sübutlar aşkar edib”.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda ABŞ prokuroru Endryu Adams “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, rusiyalı oliqarxlar öz yaxtalarını, təyyarə və digər əmlaklarını gizlətməyə çalışırlar:
“Beynəlxalq ictimaiyyət bu cür faktların aşkar edilməsi üçün yüksək səviyyədə əməkdaşlıq edir. Lakin bəzən oliqarxların bütün dünya üzrə saxta şirkətlər vasitəsilə gizlədilən əmlakını izləmək çətin olur”.
O bildirib ki, rusiyalı oliqarxlar öz əmlaklarını başqa ölkələrdə gizlədirlər.
Oxşar xəbərlər
Dünyanı sarsıdan ermənilərin Moskvada törətdiyi terror aktları - FOTO/VİDEO
8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. 17.33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının ar...