Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Primorsk vilayətində təyyarə qəzası baş verib. Bununla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, Omskdan olan hava səyahətçiləri tərəfindən idarə olunan yüngül mühərrikli təyyarə Novorossiya aerodromuna çatmadan 1800 metr yüksəklikdəki bir təpəni keçə bilməyib.
Hadisə zamanı təyyarənin qəzaya uğraması hava hücumundan müdafiə hərbi hissəsinin nəzarətçiləri tərəfindən müşahidə edilib.
Qatı dumanda pilotlar 700 və 1000 metrlik təpələri müvəffəqiyyətlə keçə bilsələr də, sonuncu təpəni aşmaq mümkün olmayıb.
Qeyd edək ki, təyyarə Gümüş aşırımında yerləşən Keçəl dağında qəzaya uğrayıb.
Oxşar xəbərlər
Qəza yerində Priqojinin cəsədi müəyyən edildi: Əsas versiya üzə çıxdı - YENİLƏNİB + VİDEO
Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərin...