Rusiyada metil spirtindən zəhərlənmə baş verib, ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Tümen şəhərində metil spirtindən kütləvi zəhərlənmə qeydə alınıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 2022-ci il yanvarın 3-dən etibarən Tümen şəhərinin Stavropolskaya və Rijskaya küçələrində yerləşən pərakəndə satış obyektlərində bir neçə vətəndaşa lisenziyasız metil spirti satılıb.
"Sibir bulaqları" adlı spirtli içkinin təsirindən doqquz nəfər ölüb.
Məlumata görə, keyfiyyətsiz məhsul satan dörd nəfər artıq saxlanılıb.
Oxşar xəbərlər
Rusiyada 16 nəfərlik turstik qrup qar uçqunu altında qalıb, 13-ü uşaqdır
Rusiyanın Murmansk vilayətinin Oleneqorsk şəhəri ərazisində qar uçqunu olub. Nəticədə xüsusi vasitələrlə təchiz olunmamış turistlərdən ibarət qrupun qar uçqunun...