Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs saxlanılıb
Bir neçə gün öncə Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı tələbə Teymur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyev Smolensk şəhərində saxlanılıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi bu barədə məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı Volqoqrad sakini federal axtarışa verilmişdi. Hazırda V.Vasilyevin Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.
Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Teymur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Bildirilirdi ki, vilayətin qubernatoru Andrey Boçarov qatil barədə məlumat verən şəxsə bir milyon rubl məbləğində mükafat vəd edib.
Oxşar xəbərlər
Çinin daha 4 şəhərində virusla əlaqədar ictimai nəqliyyatın hərəkəti dayandırılıb
Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindən sonra vilayətin daha 4 şəhərində ictimai nəqliyyatın hərəkəti koronavirusun (2019-nCoV) yayılmasın...