Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərlənib

03
avq
2024
16:36
Rusiya Federasiyasının Kalininqrad vilayətinin Svetloqorsk şəhərində yerləşən uşaq düşərgəsində 32 uşaq bağırsaq infeksiyasına yoluxub.
"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, “Rospotrebnadzor”un regional idarəsi faktla bağlı epidemioloji araşdırmaya və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə başlayıb.
Məlumata görə, ümumilikdə 32 uşaqda zəhərlənmə əlamətləri qeydə alınıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Moskvada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 20 tona yaxın məhsul məhv edilib
Moskvada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) botulizm hallarına görə 20 tona yaxın məhsulu ləğv e...
