Rusiyada koronavirus məhdudiyyətləri ləğv olundu

Rusiyada koronavirus məhdudiyyətləri ləğv olundu
Siyasət 76

Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv edilir.

BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Epidemioloji prosesin intensivliyinin davam edən azalması ilə əlaqədar olaraq "Rospotrebnadzor" əvvəllər tətbiq edilən məhdudiyyətləri, o cümlədən maska ​​rejimi, iaşə müəssisələrinin gecə işləməsi qadağası və bir sıra digər tədbirləri dayandırır", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, son 4 ayda Rusiya Federasiyasında COVID-19 epidemiya prosesinin intensivliyində azalma müşahidə olunub.

Həmçinin bildirilib ki, ehtiyac yaranarsa, məhdudiyyətlər bərpa oluna bilər.

Son xəbərlər