Koronavirusa yoluxmağın qarşısını almaq üçün - YEDDİ ADDIM

Koronavirusa yoluxmağın qarşısını almaq üçün  - YEDDİ ADDIM
Sosial 861

Virusu erkən mərhələlərdə necə tanımaq və xəstəliyi məğlub etmək üçün vaxt qazanmaq olar? Xəstəliyin ən kiçik bir əlamətində daim təmasda olduğumuz ailə üzvlərimizi necə qoruya bilərik?

BAKU.WS xəbər verir ki, bu suallar əksər insanları düşündürən və cavab tapmağa çalışdığı məsələlərdəndir.

Rusiyada İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin ("Rospotrebnadzor") mütəxəssisləri ilk növbədə xəstəlik barədə vacib məlumatlar paylaşıblar.

Beləliklə, xəstələrdə koronavirus ilə tez-tez bədən istiliyinin yüksəlməsi və quru öskürək müşahidə olunur. Qrip ilə birgə ağrılar, yorğunluq və baş ağrısı da bu simptomlara əlavə olunur.

Soyuqdəymə əsasən asqırma, boğaz ağrısı, burun axması və oynaq ağrısı kimi simptomlara səbəb olur.

Digər tənəffüs virusları kimi, koronavirus da yoluxmuş bir insanın öskürəyi və ya asqırığı zaman meydana gələn damcılarla yayılır.

Bundan əlavə, koronavirusa yoluxmuş şəxs qapı dəstəyi kimi hər hansı səthə toxunduqda ətarafa onu yaya bilər. İnsanlar çirklənmiş əlləri ilə ağızlarına, burunlarına və ya gözlərinə toxunduqda virusa yoluxurlar.

Koronavirus infeksiyasının qarşısını almaq üçün 7 addım:

1. İctimai yerləri ziyarət etməkdən çəkinin: ticarət mərkəzləri, idman və əyləncə tədbirləri, nəqliyyat.

2. Çirkli əllərlə gözlərinizə, üzünüzə və ağzınıza toxunmayın.

3. Qripin görünən əlamətləri (öskürək, asqırma, burun axıntısı) olan insanlarla yaxın təmasdan çəkinin və eyni otaqda olmayın.

4. Küçədən qayıtdıqdan və insanlarla əlaqə qurduqdan sonra əllərinizi sabun və su ilə yaxşıca yuyun, həmçinin əşyalarınızı və geyiminizi dezinfeksiya edin.

4. Şəxsi əşyalarınızı, ofis texnikasını və toxunduğunuz səthləri daima dezinfeksiya edin.

5. Salam verərkən yaxın qucaqlaşma və əl sıxmağı məhdudlaşdırın.

6. Yalnız şəxsi gigiyena vasitələrindən (dəsmal, diş fırçası) istifadə edin.

7. Özünüzə və yaxınlarınıza qayğı göstərin! Özünü təcrid etməyə diqqət edin, izdihamlı yerlərdə (mağazalarda və apteklərdə, sosial müəssisələrdə) olmaqdan çəkinin.

Son xəbərlər