Moskvada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 20 tona yaxın məhsul məhv edilib

Moskvada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 20 tona yaxın məhsul məhv edilib
Siyasət 118

Moskvada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) botulizm hallarına görə 20 tona yaxın məhsulu ləğv edib.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, Moskvanın xidmət botulizm hallarına görə 20 tona yaxın məhsulun ləğv edildiyini bildirib.

Məhsulların yandırma zavodunda məhv edildiyi qeyd edilir.

Salat üçün lobya hazırlanan fabriklərdə çoxsaylı qanun pozuntuları aşkar edilib, buna görə ruslar kütləvi şəkildə botulizmə yoluxublar.

Rospotrebnadzor doqquz müəssisənin işini dayandırıb və 172 ton təhlükəli məhsul müsadirə edib.

Zəhərlənmə işi üzrə “LokalKitchen” MMC-nin baş direktoru Anton Lozin, həmin şirkətin keyfiyyət şöbəsinin müdiri Yelena Maşkova, “Savon-K” lobya istehsalı şirkətinin direktoru Vladimir Şin və “Savon-K” aşpazı Kərim Normatov həbs edilib.

İstintaq belə nəticəyə gəlib ki, Lozin və kütləvi zəhərlənmə işində iştirak edən digər istehsalçılar ən azı 2336 porsiya Lobio yeməyi istehsal edib, qablaşdırıb, “Samokat” onlayn mağazası vasitəsilə satıblar. Bir qrup şəxs qabaqcadan əlbir olaraq qida təhlükəsizliyi tələblərini pozaraq yuxarıda göstərilən xörəkdən istifadə etmiş 120 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Son xəbərlər