Rusiyada Ermənistanın "Cermuk" suyunun satışı dayandırıldı

Rusiyada Ermənistanın Cermuk suyunun satışı dayandırıldı
Siyasət 86

Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə federal xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan Cermuk (“Jermuk”) suyunun idxalının dayandırılması barədə qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, “Rospotrebnadzor” ölkəyə 2023-cü il dekabrın 28-dən 2024-cü il fevralın 12-dək idxal edilən su daşımaları geri çağırıb.

Buna səbəb Cermuk suyundan içən Vladiqafqaz şəhər sakininin qida borusunda və mədəsində problem yaranması olub. Xəstəxanaya çatdırılan şəxs orada ölüb. Araşdırmalar zamanı məlum olub ki, suyun tərkibində sirkə var. Bu səbəbdən də, məhsulun idxalı və ixracı qadağan edilib.

Son xəbərlər