Rusiya ordusu Ukraynanın 25 PUA-sını vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Ukrayna ordusunun növbəti PUA hücumunu dəf edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, martın 12-nə keçən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın 25 pilotsuz təyyarəsini ələ keçirib və məhv edib:
Moskva vilayəti - 2, Leninqrad vilayəti - 1, Kursk vilayəti - 11, Bryansk vilayəti - 1, Olovsk vilayəti - 2, Belqorod vilayəti - 7, Tula vilayəti - 1.
Qeyd edək ki, Orlovsk vilayətinin qubernatoru Andrey Klıçkov bildirib ki, vurulan PUA-lardan biri yanacaq-energetika kompleksinin obyektinə düşüb. Nəticədə neft bazasında neft məhsulları olan çən yanıb.
Oxşar xəbərlər
Neft bazasında yanğın - Ukrayna SQ Rusiyanın bir sıra bölgələrinə hücum edib - VİDEO
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz təyyarənin hücumundan sonra Dolqoe kəndi yaxınlığındakı neft bazasında yanğın baş verib. BA...