Rusiya ilə Türkiyə arasında sonuncu qadağa da ləğv edilir
31
avq
2017
18:49
Rusiya ilə Türkiyə arasında sonuncu qadağa da ləğv edilir.BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı naziri Aleksey Tkaçev açılama verib. Onun sözlərinə görə, Rusiya payız mövsümündə Türkiyədən az miqdarda pomidor ala bilər. Nazir həmçinin son zamanlar iki ölkə arasında kənt təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin artdığını bildirib. Onun sözlərinə görə, son 7 ayda Türkiyə ilə Rusiya arasında kənt təsərrüfatı məhsulları üzrə ticarət dövriyysəi 14 faiz artaraq 1,2 milyar dollar olub.Qeyd edək ki, 2015-ci ildə Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Moxkva Türiyəyə qarşı müəyyən sanksiyalar tətbiq etmişdi. Aparılan danışıqlardan sonra bütün sanksiyalar ləğv edilsə də, Türkiyədən Rusiyaya pomidor idxalına qadağa qüvvədə idi.BAKU.WS
Oxşar xəbərlər
Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq
"Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq". BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı nazir...