Ərdoğan Davudoğlunun istefa qərarından danışdı: "Xeyirli olsun"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın üzvlərini qəbul etdiyi görüşdə baş nazir Əhməd Davudoğlunun istefa qərarı verməsi barədə danışıb.
BAKU.WS-in məlumatına görə, Ərdoğan baş nazirin bu qərarını əvvəlcədən bildiyini və Davudoğluya "xeyirli olsun" dediyini söyləyib:
"Mən necə vəzifəni ona təhfil verdim, o da bir başqasına təhvil verə bilər. Bu işin uzanması zərərli olacaqdı. Daha xeyirli, uğurlu olar. Biz hər zaman özümüzü yeniləyərək güclənən bir partiyayıq. Bu günə qədər heç kim, heç bir şey birliyimizi poza bilmədi, bundan sonra da poza bilməz".
Ərdoğan hazırkı sistemin problemi olduğunu söyləyib: "Biz "partiyalı prezident" sistemi də qura bilərik. Mən partiyanın qurucusu, həm də ümumi başçısıyam, ancaq partiyaya üzv ola bilmirəm, bütün əlaqəm kəsilib. Bu doğru deyil".
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng vurub. BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan İ...