İraq və Səudiyyə Ərəbistanı sərhədində ABŞ qoşunları göründü: İran hücuma keçir?
Yeniliklərdən dərhal xəbərdar olun
İraq və Səudiyyə Ərəbistanı sərhədində ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi texnika kolonlarının hərəkəti qeydə alınıb.
Bu barədə BAKU.WS Livanın "Al Mayadeen" telekanalına istinadən xəbər verir.
Məlumata görə, "Arar" nəzarət-buraxılış məntəqəsində bir neçə ABŞ hərbi konvoyu müşahidə edilib. Telekanalın qeyd etdiyi kimi, qoşunların yerləşdirilməsi İranın İsrailə gözlənilən hücumuna hazırlıqla bağlı ola bilər.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlərdə Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən və Beyrutda Livanın "Hizbullah" şiə hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şükürün zərərsizləşdirilməsindən sonra başlayıb.
Oxşar xəbərlər
İsmayıl Haniyə sui-qəsd: O, necə vuruldu? - Dünya mətbuatı yazır
İranın paytaxtı Tehranda baş verən və bütün dünyada böyük əks-səda doğuran HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı təfərrüatlar ort...