İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıda (FOTO)
22
iyl
2017
14:31
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin "Peykan” və "Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Qazaxıstan” və "Sarıarka” raket-artilleriya, eləcə də "Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcəklər
İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya) ərazisində keçiriləcək "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azər...