Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcəklər
İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya) ərazisində keçiriləcək "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı planlaşdırılır.
BAKU.WS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan hərbçilərinin Rusiya və Qazaxıstan ərazilərindəki poliqonlarda keçiriləcək "Tank biatlonu”, "Artilleriya atəşi ustası”, "Snayper həddi” və "Səhra mətbəxi” növləri üzrə müsabiqələrində iştirakı nəzərdə tutulub.
Bundan əlavə, Azərbaycan, Rusiya və Qazaxıstanın hərbi dənizçilərinin iştirakı ilə Bakı şəhərində "Dəniz kuboku” müsabiqəsi də keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu tarixdə nəqliyyat vasitələri pulsuz işləyəcək (ÜNVAN)
Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli...