Azərbaycan daha bir beynəlxalq oyuna ev sahibliyi edəcək
24
noy
2016
15:07
Beynəlxalq Ordu Oyunları gələn il Azərbaycan ərazisində də keçiriləcək.
"Report” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ümumrusiya Silahlı Qüvvələri Veteranlarının İctimai Təşkilatının konfransında bildirib.
"Bu il yarışda 19 xarici dövlətin yüzdən çox komandası iştirak edib. Bəzi yarışların Azərbaycan, Belarus, Qazaxıstan və Çin ərazisində keçirilməsi planlaşdırılır”, - deyə o vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov Rusiyanın müdafiə nazirini Azərbaycana dəvət etdi
Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası başlayıb. ANS PRESS-in məlumatına görə, 70 illik yubileyə həsr olunmuş iclasda MDB müdafiə nazirləri...