Rusiya ordusuna qəfil döyüş əmri
Rusiyada Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanıb. Ordu qəfil döyüş əmrilə ayağa qaldırılıb.
BAKU.WS-in məlumatına görə, Rusiya Federasiyasının Silahlı Qüvvələrində yoxlamalar 22 iyuna qədər davam edəcək. Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Serqey Şoyqu bildirib ki, yoxlamalar bu gün səhər saatlarından Ali Baş Komandanın qərarına uyğun olaraq başlayıb. Yoxlamalar zamanı ordunun silahlandırılması, texnikanın saxlanılma bazalarına nəzarət, həmçinin hərbi idarənin orqanlarına baxış keçiriləcək.
Şoyqunun sözlərinə görə, yoxlamalar zamanı səfərbərlik vəziyyəti üzrə vəziyyət araşdırılacaq. Rusiya Federasiyasının müdafiə naziri xarici hərbi attaşelərə qəfildən başlayan yoxlamalar haqqında məlumat verməyi tapşırıb.
BAKU.WS
Oxşar xəbərlər
Rusiya Xəzər donanmasına döyüş əmri verdi - VİDEO
Rusiya Xəzərdəki Hərbi Dəniz Donanmasına döyüş əmri verib. BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, donanmanın 20-yə yaxın qəmisi Xəzər dənizində t...