İran təyyarə qəzasında həlak olan kanadalıların ailələrinə 84 milyon dollar ödəməlidir

İran təyyarə qəzasında həlak olan kanadalıların ailələrinə 84 milyon dollar ödəməlidir
Siyasət 380

Kanadanın Ontario məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan altı kanadalının ailəsinə İran tərəfindən 107 milyon Kanada dolları (təxminən 84 milyon dollar) məbləğində təzminat ödənilməsinə qərar verib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı iddiaçıların vəkili Mark Arnolda istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, onun ittihamları İrana hökumətinə və fəlakətdə günahkar olan digər rəsmilərə qarşıdır. Arnold qeyd edib ki, əgər İran tərəfi təzminatı ödəməkdən imtina edərsə onun komandası bu ölkənin Kanadadakı və xaricdəki aktivlərinə həbs qoyulmasını, İrana məxsus neft tankerlərinin həbs edilməsintələb edəcək.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 (Boeing 737-800) reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığından uçan “Boinq” təyyarəsini “düşmən hədəfi” ilə səhv salaraq vurduqlarını açıqlayıb.

2021-ci ilin iyununda İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib ki, Tehran qəzada həlak olanların ailələrinə 150 ​​min dollar məbləğində tam təzminat ödəməyi planlaşdırır.

Son xəbərlər