İran-Əfqanıstan sərhədində atışma olub
31
iyl
2022
17:57
Bu gün günortadan sonra İranla Əfqanıstan sərhədində iki ölkə sərhədçiləri arasında silahlı insident baş verib.
Bu barədə İranın yerli rəsmilərindən biri IRNA-ya açıqlama verib.
İranlı rəsminin açıqlamasına görə, İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonu sərhədində Əfqanıstan qüvvələri İran sərhədini keçmək istəyiblər. Silahlı insidentdə İran tərəfindən hər hansı itki olmayıb.
Əfqanıstanda bəzi KİV-i ağır artilleriyanın müşayiəti ilə baş verən silahlı insidentdə Əfqanıstan tərəfindən bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.
Oxşar xəbərlər
Ermənistanda Rusiya üstündə atışma: 2 hərbçi ölüb, 5 nəfər yaralanıb - FOTO
Ermənistanın Araqasotn rayonunda atışma olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir...