Qırğızıstan-Tacikistan sərhədində atışma olub
Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.
BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2022-ci il iyunun 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur” - deyə bildirilib.
Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi.
Qırğızıstan tərəfinin məlumatına görə, səhər saat 07:00 radələrində (Moskva vaxtı ilə 04:00) Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində Kex tərəfdən atəş açılıb.
İnsidentdən sonra iki dövlətin sərhəd nümayəndələri arasında telefon danışığı olub, lakin bir müddət sonra atışma yenidən başlayıb.
İyunun əvvəlində iki respublikanın hərbçiləri arasında sərhəddə atışma olub. Qırğızıstan tərəfdən isə həmin gün iki nəfər yaralanıb.
Oxşar xəbərlər
Qırğızıstan Tacikistanla atəşkəs razılaşmasını elan edib
Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. BAKU.WS “Report”a ist...