Qırğızıstan Tacikistanla sərhəddə yaşayan ailələri təxliyə etdi
Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a bildirilib.
"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.
“Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə qeyd edib.
Oxşar xəbərlər
Qırğızıstan parlamentinə dörd müxalifət partiyası daxil oldu
Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da 2 435 seçki məntəqəsinin ham...