İranlı idmançı: “Asiya yarışlarına göndərilməzdən bir gün öncə parkda yatdım” - VİDEO
“Mən hər şeydən məhrum Sistan və Bəluçestan vilayətindənəm. Biz Tehrana yaxın yerlərdə yaşayan insanlardan fərqli şəraitdə yaşayırdıq”.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu ağırlıq qaldırma üzrə iranlı çempion Əmir Məhəmməd Şəhnəvazi Armin Qobadi verdiyi müsahibədə deyib.
“Asiya yarışlarına göndərilməzdən bir gün öncə millinin baş məşqçisinə zəng edərək mümkünsə, bizim üçün istirahət edəcək və yatacaq bir yer ayırın dedim. Lakin o, mənə dedi ki əlimdən heç nə gəlmir və mən millinin başqa üzvü ilə birgə parkda yatdım”, -deyə o, bildirib.
O habelə qeyd edib ki, millinin baş məşqçisinə zəng etdiyində məşqçi ona “sizin vilayətin qəzetinə səninlə bağlı yaxşı şeylər deməyimi istəyirsənsə, mənim hesabıma 150 dollar pul göndər” deyib. Şəhnavazi isə “mən isə güldüm və siz millinin baş məşqçisisiniz, necə məndən belə bir şey tələb edə bilərsiniz” deyə cavab verdiyini qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...