İran ABŞ bazalarını vurduqdan sonra Süleymanini dəfn etdi - FOTO
08
yan
2020
09:31
3 yanvarda ABŞ-ın sui-qəsdi nəticəsində ölən İran generalı Qasım Süleymani Kirman şəhərində dəfn edilib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazası və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazası vurulduqdan sonra səhər saatlarında Qasım Süleymaninin dəfn mərasimi baş tutub.
Qeyd edək ki, dəfn mərasimi dünən yaşanan izdihama görə təxirə salınmışdı. İzdihamda 65 nəfər ölüb, 250-ə yaxın insan isə yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər yaralanıb - VİDEO
İranın İnqilab Keşikçiər Korpusunun "Qüds" briqadasının qətlə yetirilmiş komandanı Qasım Süleymaninin Kirman şəhərində dəfn mərasimi keçirilib. BAKU.WS İRİB-ə...