Ramiz Mehdiyev bu vəzifəsini də İTİRDİ
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.
BAKU.WS Modern.az-ıa istinadən xəbər verir ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini Ramiz Mehdiyev olub.
Beləliklə, Ramiz Mehdiyevin tutduğu vəzifə ləğv edilib.
O, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibində sadəcə adi üzv olub.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, 2019-cu ildə vəzifəsindən azad edilib. Mehdiyev daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sosial şəbəkə hesablarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar foto paylaşılıb....