Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Fəxri xiyabanda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, AMEA-da bununla bağlı məsələyə baxılacaq və yekun qərar veriləcək:
"AMEA-nın bu məsələdə konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətinə qarşı etdiyi hərəkətlər və barəsindəki iddialar onun AMEA-nın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə baxılacaq və lazım gəldiyi təqdirdə müvafiq qərar qəbul ediləcək".
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Oxşar xəbərlər
Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir....