Ramin Məmmədov: Dini dəyərlər insan ləyaqətinə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir

Ramin Məmmədov: Dini dəyərlər insan ləyaqətinə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir
Siyasət 35

Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.

O qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur:

"Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir. Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır".

R.Məmmədovun sözlərinə görə, buna baxmayaraq, tarixi təcrübə göstərir ki, milli kimliyi qorumaq və müasir inkişaf yolunu seçmək arasında ziddiyyət yoxdur:

"Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli, yalnız bilikli deyil, məsuliyyətli, sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən, öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir".

Son xəbərlər