Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi

Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi
Siyasət 5053
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib.BAKU.WS report.az-a istinadən xəbər ki, Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Azadəliyev Fəqan Cəbrayıl oğlu tutduğu vəzifədən azad edilib, sərəncama götürülmüşdü.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov daha iki rayona yeni rəislər təyin etdi

Ramil Usubov daha iki rayona yeni rəislər təyin etdi

Azərbaycanın daha iki rayonuna yeni polis rəisləri təyin edilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovu...

3164 Hadisə 16:51 29 avqust 2018

Son xəbərlər