Qüdsdə avtomobil piyadaların üzərinə sürülüb: Yaralananlar var

24
apr
2023
19:13
Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində 5 piyada xəsarət alıb. Şübhəli zərərsizləşdirilib.
Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Qeyd olunur ki, zərərçəkənlərdən 70 yaşlı kişinin vəziyyəti ağır, 30 yaşlı qadının isə orta-ağır qiymətləndirilir.
Digər üç zərərçəkənin vəziyyəti isə qənatbəxşdir.
Oxşar xəbərlər
ABŞ və İsrail “Qüds Bəyannaməsi”ni imzaladı
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid iyulun 14-də “Qüds Bəyannaməsi”ni imzalayıb və birgə mətbuat konfransı keçirib. BAKU.WS "Oxu.az"a ist...
