Qocalar evində 5 nəfər güllələndi

Qocalar evində 5 nəfər güllələndi
Siyasət 328

Xorvatiyada qocalar evində 5 nəfər güllələnib.

BAKU.WS xəbər verir ki, Daruvar şəhərində qocalar evinə edilən hücum nəticəsində azı 5 nəfər həlak olub. Bu barədə xarici KİV məlumat yayıb.

İlkin versiyaya görə, cinayətkar qocalar evinə girərək atəş açıb. Hadisə yerinə gələn polis atəş açan şəxsi bir müddət sonra yaxınlıqdakı kafedə saxlayıb.

Qurbanlar arasında hücum edən şəxsin anası, digər qocalar evinin sakinləri və baxıcılar da var. Zərərçəkənlərin sayı hələ açıqlanmasa da, ən azı bir nəfərin vəziyyətinin ağır olduğu qeyde dilib. Ehtimallara görə, hücumdan əvvəl atəş açan şəxs Xorvatiyada vəkil işləyib.

Son xəbərlər