Məscidi gülləbaran edən manyak haqda ŞOK FAKTLAR - FOTO
16
mar
2019
13:45
Yeni Zelandiyanın Kraysçörç şəhərində "Məscid əl Nur" və "Linvud" məscidlərində terror aktı törədən 3 şəxsdən biri olan Brenton Tarrantın məhkəməsi olub.BAKU.WS xarici mediaya isitinadən xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Dunedin şəhərinin sakini olan 28 yaşlı B.Tarrant dünən məhkəmə qarşısına çıxarılıb."Məscid əl Nur" məscidinə hücumda və 49 nəfəri qətlə yetirməkdə günahlandırılan Tarrantın məhkəməsində ilk iclas cəmi bir dəqiqə davam edib. Biləklərinə qandal vurulmuş Tarrant məhkəmədə nasist jestləri göstərib. Onun bu hərəkətindən dərhal sonra vəkilinin çıxışına imkan verilmədən məhkəmə zalından çıxarıblar.Prosesin növbəti iclası aprelin 5-də olacaq.
O, Avstraliyanın Qrafton şəhərində fitnes təlimatçısı işləyib.O, hücumu videokameralarla çəkərək canlı yayım edib. Hücumdan əvvəl isə Tarrant sosial şəbəkələrdə "manifest"ini paylaşaraq özünü "ağdərililərin üstünlüyü ideyasını tərəfdarı" adlandırıb, Avropada müsəlmanlara qarşı teraktlar törətmək istəyini açıqlayıb.Hücuma məruz qalmış məscidlər bir-birindən 5 kilometrlik məsafədədir. Hücum zamanı "Əl Nur" məscidində 200, "Linvud" məscidində isə 300 nəfər olub. Bu teraktlarda 49 nəfər həlak olub, 43 nəfər yaralanıb.
O, hücumdan əvvəl sosial şəbəkələrdəki profillərində paylaşdığı 87 səhifəlik "manifest"ində mövqeyini və məramını açıqlayıb.B.Tarrant Almaniyanın kansleri Angela Merkeli və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı məhv etməyə çağırıb.Hücum zamanı başındakı dəbilqəyə GoPro kamerası bərkitmiş Tarrant YouTube, Facebook və İnstagram-dakı profillərində canlı yayımda olub.Breyvik təki, Tarrant da Bibliyadan və neonasizm ideyalarından sitat gətirib. Onun "manifest"ində yazdığına görə, məsciddə gülləbarana "sövq edən" əsas olay 2017-ci ildə Stokholmda törədilmiş teraktdır. 5 nəfərin həlak olduğu teraktın qurbanları arasında Tarrant 11 yaşlı Ebba Akkrlyundun adını xüsusi vurğulayaraq "onun qisasını alacağam" yazıb.Mari Le Penin Fransadakı seçkilərdə məğlubiyyətindən pərişan olduğunu vurğulayan B.Tarrant özünü Nelson Mandela ilə müqayisə edib: "Onun təki, məni də 27 il sonra bəraətlə həbsxanadan azad edəcəklər"."Avropalıların ölümlərinə görə qisas almaq, habelə əməlimlə diskussiyalara səbəb olmaq, xaos və təşviş yaratmaq istəyirəm. Odlu silah qismində ABŞ istehsalı olan yarımavtomatları seçməyimin səbəbi Birləşmiş Ştatlarda odlu silahların azad satışının tərəfdarları ilə əleyhdarları arasında mübahisələrin daha da aktivləşməsini istəməyimdir". Məscidə hücuma iki ilə əvvəl hazırlaşmağa başladığını bildirən Tarrant şəhəri 3 ay əvvəl seçdiyini yazıb.BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda dəhşətli qətl — Ögey xalasını öldürüb evi soydu
Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, şikayə...