DİN Goranboydakı qətllə bağlı məlumat yaydı
06
yan
2018
16:53
Yanvarın 4-də Goranboy rayonu ərazisində bir nəfəri qətlə yetirməkdə, dörd nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq istintaqa təhvil veriliblər.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda marketə qanlı hücumla bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 4-də Goranboy ra...