Sumqayıtda dəhşətli qətl — Ögey xalasını öldürüb evi soydu
24
yan
2019
16:56
Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.
BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə təyin ediləcək.Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb.Oradan 800 manat pul və bir ədəd kompüter aparıb. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.Xatırladaq ki, R. Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WSOxşar xəbərlər
Arvadını boğub öldürən qısqanc ərlə bağlı YENİ XƏBƏR
Bakı Apellyasiya Məhkəməsində Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının barəsində olan hökmdən verilən ape...