Bakıda ana zorlandığını deyən 14 yaşlı qızını boğub öldürdü

Bakıda ana zorlandığını deyən 14 yaşlı qızını boğub öldürdü
Hadisə 1543

Bakıda 14 yaşlı qızını boğaraq öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

BAKU.WS "Report"a iatinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 12-nə təyin edilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Z.Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Z.Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb.

Z.Cəfərova Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Cəfərova 11 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Zorlandığını deyən 15 yaşlı qızını öldürən ana hakim qarşısında

Zorlandığını deyən 15 yaşlı qızını öldürən ana hakim qarşısında

Bakıda dəhşətli qətl hadisəsini törətməkdə təqsirləndirilən qadının məhkəməsi keçirilib. O, qızını boğaraq öldürməkdə günahlandırılır. Musavat.com xəbər verir...

5808 Hadisə 15:42 10 yanvar 2017

Son xəbərlər